İki biznesmen oğlu məktəb yoldaşlarını bıçaqladı, uşaqlardan birinin gözü çıxdı – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Anidən sinif otağının qapısı açıldı və iki maskalı şəxs sinifə daxil oldu. Onlardan biri müəllimimizi bıçaqladı, digəri isə qapının qarşısını kəsdi. Biz pəncərələrə tərəf qaçdıq. “Kömək edin” deyə qışqırıb yardım istəyirdik. Özümüzü atmaq istəyəndə üstümüzə gəlib bizi bıçaqladılar. Sonradan onların yuxarı sinif şagirdləri olduqlarını öyrəndik”.

Milli.Az “Mirror”a istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Perm şəhərindəki məktəbdə bıçaqlı hücuma məruz qalan şagird başına gələnləri danışarkən deyib.

Rusiyanın Perm şəhərindəki məktəbin iki şagirdi üzlərində maska, əllərində bıçaqla sinif otağına daxil olaraq 46 yaşlı müəllimlərini və 12 şagirdi yaralayıblar. Onlar polis tərəfindən saxlanılıblar. Məlumata görə, ikili şagirdləri bıçaqlamazdan əvvəl bir-birlərinin damarlarını kəsərək öldürmək barədə razılığa gəliblər. Lakin cinayəti törətdikdən sonra ağrı hiss etdiklərinə görə bir-birlərini öldürməyiblər.

Hadisəni törədən məktəblilərin biznesmenlər Lev Bidzakov və Aleksanadr Buslidzenin oğulları olduqları bilinib.

Qeyd edək ki, hadisə nəticəsində 1 uşaq gözünü itirib, 46 yaşlı müəllim Natalia Şagulinanın vəziyyəti isə ağırdır. O, xəstəxanaya çatdırılanda huşsuz vəziyyətdə olub.

Milli.Az hadisə ilə bağlı video və fotoları təqdim edir:

Bəxtiyar Umarlı

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İki biznesmen oğlu məktəb yoldaşlarını bıçaqladı, uşaqlardan birinin gözü çıxdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp