Haluk Levent 8 il sonra bəraət aldı
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Adı “qəsb”, “şantaj”, “saxta sənəd” qalmaqallarına qarışdığı iddia edilən müğənni Haluk Levent 8 il sonra bəraət qazanıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçının 2010-cu ildə başlayan “terror təşkilatına üzv olmaq” və “terrora cəhd” cinayətləri üzrə məhkəməsi yekunlaşıb. 16 ilədək həbsi istənilən Leventin günahsızlığı sübuta yetirilib. Haluk bəraət qazanması ilə bağlı bunları deyib:
“Ən çox məni incidən o vaxt hakimin məni dinləməməsidir. İfadəmi almadan belə məhkəməyə çıxardılar. Məni mafiyaçı, terrorçu kimi təqdim etmişdilər. Bəraət qazandığm üçün çox xoşbəxtəm, amma keçmişə baxanda “Niyə?” deyirəm”.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində