Hər kəs təhlükə altındadır – “WhatsApp”da mesajlarınız oğurlana, zəngləriniz dinlənə bilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Kaspersky Lab” şirkəti android cihazlarında “WhatsApp” mesajlaşma plaformasında sizin şəxsi məlumatlarınızı və mesajlarınızı oğurlaya bilən virus aşkar ediblər.

Milli.Az xəbər verir ki, bu virusun adı Skygofree-dir. O böyük mobil operatorların internet saytlarına bənzər saytlardan yayılır. Bu cür saytlarda istifadəçilərə “internet sürətləndiricisi” kimi təqdim olunan əlavələr məsləhət görülür və həmin linkə daxil olanlar artıq bu virusun daşıyıcısı olurlar.

“Skygofree bu platforma üçün yaradılmış ən güclü virusdur” – analitiklər qeyd ediblər.

Ekspertlərin dediyinə görə, bu proqram telefon danışıqlarını yaza, sms və WhatApp yazışmalarınızı oğurlaya bilər. Hətta hakerlər Skygofree vasitəsilə siz hər hansısa bir yerdə olarkən səsyazmanı qoşub hər şeyi qeyd edə bilərlər. Bundan əlavə onlar telefonunuzu sizdən xəbərsiz istənilən Wi-Fi şəbəkəsinə bağlaya bilər.

Adil Nəcəfov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp