Həbsdə olan azərbaycanlı müğənni: “Bura məktəbdir” – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Milli.Az bildirir ki, ARB TV-nin “Rezonans” verilişi məhbus Sahib İsmayılovun həbsxana hekəyələrini təqdim edir.

Sahib İsmayılov (cəzası 11 il): “5 qardaş 6 bacı idik. Evliyəm, 2 övladım var. Bərdədə dükanım var idi, toxumçuluq dərmanları falan satırdıq. Bir oğlan dərman satmağa başladı bizə. Dərmanları almaq üçün pulum olmadı, bankdan götürdüm. Bu da sən demə məni aldadırmış. Şirnikləşdirirmiş. Dedi ki, böyük mal gətirəcəyik, yük maşını ilə. 15 gün keçdikdən sonra zəng elədim telefonu sönülü idi. Evlərinə getdikdə isə gördüm ki, qaçıb. Nəhayət ki, bunun qardaşını tapdım və söz verdi ki, pulu qaytarmağa kömək edəcək. Dedi ki, gedək filan yerə satım pulunu verim. Ağcabədiyə çatanda polislər bizi tutdu. Qardaşının narkotik satıcısı olduğunu bilmirdim. Polislər hamısı inandı ki, onunla bir əlaqəm yoxdur, amma bir işə düşmüşdüm artıq. 11 il cəza aldım. Müğənni kimi fəaliyyət göstərirdim. El şənliklərində çıxışlar edirdim. Həbsxanada da buna şərait yaradırlar. Çıxandan sonra da fəaliyyətimə davam edəcəm. Heç kimi günahlandırmıram. Özüm səhv etdim. Həbsxana məktəbdir. Burada hamını tanıyırsan. Azadlıq gözəl şeydir. Çıxandan sonra sənətimə davam edəcəm. Daha da yüksələcəm”.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Həbsdə olan azərbaycanlı müğənni:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp