Gənc modelin iki ayağı da kəsildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

29 yaşlı Loren Vasserin sağ ayağı və sol ayaq barmaqları amputasiya olunmuşdu.

2012-ci ildə ayağındakı şişə tampon qoyulandan sonra onda toksik şok başlanmış, model koma vəziyyətinə düşmüşdü.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həkimlər çıxış yolunu təcili cərrahiyyə əməliyyatında və amputasiyada görmüşdülər.

Ötən həftədə isə Lorenin sağ ayağı dizdən aşağı kəsilib.

Həkimlərin dediklərinə görə, sağ ayağında sümük deformasiyası başladığından amputasiya yeganə çıxış yolu idi.

ABŞ-ın Los-Anceles şəhərində yaşayan sabiq model ötən həftədəki cərrahiyyə əməliyyatından əvvəl İnstagram-dakı profilində yazıb: “Həyatım yenidən dəyişir. Yaşamımda yeni mərhələyə hazıram. Əhvalım əladır!”

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp