Gənc həmyerliləri tərəfindən bıçaqlanıb
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Milli.Az report.az-a istinadən bildirir ki, 1996-ci il təvəllüdlü rayon sakini Həsənov Səyyaf Cəsarət oğlu həmyerliləri tərəfindən bıçaqlanıb.
Yaralı gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Cərrahiyyə şöbəsində olan yaralının vəziyyətini həkimlər orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır.
Milli.Az