FHN itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı məlumat yaydı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları bu gün davam edib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən məlumata görə, axtarış işləri FHN-nin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılmış, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

Əlavə məlumat veriləcək.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp