Dopinqə görə 1 il futboldan uzaq qalacaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Benevento” komandasının kapitanı Fabio Lusioni dopinqdən istifadə etdiyi üçün 1 illik futboldan uzaqlaşdırılıb.

Milli.Az xəbər verir ki, keçən ilin sentyabr ayının 10-da 30 yaşlı futbolçu “Torino” ilə oynadıqları matçdan sonra dopinq-testdən keçməmişdi.

Klubun baş həkimi Valter Corcine isə 4 illik cəza alıb. O, oyunçuya şəxsi məqsədləri üçün istifadə etdiyi dopinq sayılan kremdən istifadə etməsini məsləhət gördüyünü boynuna alıb. 

“Benevento” prezidenti Oreste Viqorito bildirib ki, Lusioninin diskvalifikasıya olunmasını apelyasiya məhkəməsi bildirəcək.

Adil Nəcəfov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp