Deniz Yılmaz Azərbaycan vətəndaşlığından imtina edir?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Deniz Yılmaz Azərbaycan vətəndaşlığından imtina etməklə bağlı bizə rəsmi müraciət etməyib”.

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O bildirib ki, bu məsələ yalnız mətbuatda yer alan xəbərlər səviyyəsindədir.

Qeyd edək ki, Azərbaycan yığmasının heyətində 2 oyun keçirən Deniz Yılmaz son matçlara dəvət almayıb. Bir neçə gün öncə “Gənclərbirliyi” klubu ilə 1,5 illik müqavilə bağlayan və Türkiyə pasportuna da malik olan 30 yaşlı forvardın qonşu ölkədə legioner sayılmaması üçün Azərbaycan vətəndaşlığında imtina edəcəyi bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp