Çilidə Roma Papasının səfərinə etiraz olaraq 3 kilsə yandırıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Roma Papası I Fransiskin səfərinin davam etdiyi Çilidə etirazlar səngimir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Papanın səfərinə etiraz olaraq ötən gecə Araukaniya vilayətində 3 kilsə yandırılıb.

Bundan başqa, Kuranilaue vilayətində yerli şirkətlərdən birinə məxsus iki helikopter yandırılıb. Polisin verdiyi məlumata görə, hadisə yerində maluçe hindularının radikal qruplaşmalarının çağırışlarının qeyd olunduğu vərəqələr tapılıb.

Qeyd edək ki, Roma Papasının Cənubi Amerikaya səfəri yanvarın 15-dən başlayıb.

Bu gün Papa I Fransisk Temuko şəhərində hindu icması ilə görüşəcək.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp