Canlı yayımda GƏRGİNLİK: əməkdar artistin əsəbdən gözü yığıldı – Beynimi xarab etməyin



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bəstəkar Çingiz Əliyev əməkdar artist Vasif Məhərrəmlini məhkəməyə verib.

Milli.Az xəbər verir ki, “Bizimləsən” verilişində üzləşdirilən hər iki tərəfin məhkəmə yolu ilə aralarındakı problemi həll etməyi seçmələri əməkdar artist Elnarə Abdullayevanı özündən çıxarıb.

Bu an verilişin aparıcısı Zaur Baxşəliyevlə Elnarə Abdullayeva arasında gərginlik yaşanıb.

Aparıcı ilə əməkdar artistin dialoqunu təqdim edirik:

Elnarə Abdullayeva: Vallah ayıbdır. Adi bir şeyə görə qiyaməti qopartmazlar. Mənə acıq gələn bilirsiniz nədir?! Məhkəməyə niyə verirsiniz ki? Vasif, sən də nahaq yerə oxumusan bu mahnını. Ağsaqqaldır, lazım olsa gəlib bizə şillə də vura bilər. Bundan ötrü Vasifi başqa vaxt çağırardınız, bir şillə vurardınız ki, sən səhv etmisən”.

Zaur Baxşəliyev: Vasifə şillə vurmaq olar?! Vasif şillə vurur camaata.

Elnarə Abdullayeva: Məhkəməyə vermək nə idi?! Bu, ayıbdır axı! 

Zaur Baxşəliyev: “Çimnaz” mahnısı hamımızın əzbərdən bildiyi mahnıdır. Baxmayaraq ki, Elnarə xanım bu mahnını ləyaqətsiz mahnı adlandırır. Amma mən düşünmürəm ki, Vasif ləyaqətsiz bir mahnıya müraciə etmiş olsun. Səhv deyirəmsə, denən səhv deyirsən, Elnarə xanım. Dediyin sözü deyirəm. 

Elnarə Abdullayeva: Əşi… başımı xarab etməyin e… Mənim beynimi xarab etməyin. Deyirsiniz məhkəməyə verir, aparsın versin məhkəməyə. Mən də deyirəm ki, ayıbdır. Edirsiniz edin, etmirsiniz də etməyin. Deyirəm ağsaqqal, böyüksən də. Gəl Vasifə bir şillə vur. Amma məhkəmə ilə bu camaatın qabağında ayıbdır. Camaat xəstəsinin dərdini güclə çəkir.

Zaur Baxşəliyev: Biz ibtidai icma quruluşunda yaşamırıq ki, şillə, təpiklə işlərimizi həll edək. Hüquqi dövlətdə yaşayırıq”.

Qeyd edək ki, gərginliyi ilə yadda qalan bu dialoq zamanı əməkdar artistin sağ gözünün əsəbdən yığıldığı da diqqətdən qaçmayıb.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp