Bosniyalı yarımmüdafiəçi: “Azərbaycandan əla təklif almışam”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Artıq neçə vaxtdır Bosniya və Herseqovinanın bir neçə klubu ilə danışıqlar aparıram. Amma  Azərbaycan və Qazaxıstandan iki əla təklif almışam.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu bosniya və herseqovinalı futbolçu Edin Rustemoviç deyib.

Azərbaycandan təklif aldığını iddia edən 25 yaşlı yarımmüdafiəçi həmin klubun adını açıqlamağı lazım bilməyib:

“Bu təkliflər mənim üçün çox cəlbedicidi. Həftənin sonunadək karyeramı harada davam etdirəcəyimlə bağlı qərar verəcəm. Seçim etmək çətin olacaq. Amma ölkə xaricinə üz tutacağım daha real görünür”.

Qeyd edək ki, Almaniyada anadan olan bosniyalı futbolçu əvvəllər “Drina”, “Sarayevo” (hər ikisi Bosniya və Herseqovina), OFK, “Sinceliç” (hər ikisi Serbiya) klublarında çıxış edib. 2017-ci ilin yayında “Adana Demirspor”a keçən yarımmüdafiəçi Türkiyə klubunda möhkəmlənməkdə çətinlik çəkib. I liqada cəmi 2 oyun keçirən futbolçu oktyabrdan klubsuzdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp