Bitkoin “köpüyü” partlayır – Kriptovalyutaların aqibəti necə olacaq?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“2018-ci ilin geridə qalan günləri kreptovalyutalar üçün də heç də uğurlu olmadı. Son bir ayda bitkoin 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib. Cənubi Koreyanın bitkoinləri ilə əməliyyatların qadağan etmək istəyi virtual valyutanın mövqeyini ciddi şəkildə silkələdi. Bitkoin ilə yanaşı, digər əksər kriptovalyutaların da dəyərində azalmalar müşahidə edilir”.

Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, bu arada əksər beynəlxalq maliyyə qurumları ilə yanaşı, bir sıra Avropa Birliyi ölkələrindən də kreptovalyutalar ilə bağlı ehtiyatlı açıqlamalar gəlib: “Bitkoindəki “köpüklər” partlayırmı? Əslində, öncədən əksər beynəlxalq qurumlar bitkoinin qiymətinin 8 min dolları keçəcəyi halda “köpüklər”in yaranacağını proqnozlaşdırmışdılar. Aydındır ki, əksər Mərkəzi Bankların xoşlamadığı virtual valyutaların qlobal bazarda özlərinə yer tapması asan deyil və bu, zaman tələb edəcək. Blok çeyn üzrə əməliyyatlar ənənəvi bankçılığa tələbi azaldır. Və, sadəcə, bu kontekstdən də hələlik, əksər Mərkəzi Banklar və kommersiya bankları virtual valyutaları xoş qarşılamırlar”.

Ekspert qeyd edib ki, güman olunur ki, kriptovalyutaların gələcək taleyi birbaşa aparıcı dövlətlərin onlara münasibətindən asılı olacaq: “Aparıcı ölkələr bitkoinlərin istifadə dairəsini məhdudlaşdırmaqda davam edəcəklərsə o zaman yeni qiymət azalmaları qaçılmazdır. Amma əgər ABŞ bitkoinləri dəstəkləyərsə o zaman kreptovalyutalar “ayaqda dura” bilərlər. Bütün hallarda isə, bitkoinlərinin taleyinin necə olmasından asılı olmayaraq, bu yaxınlarda olmasa da, bütövlükdə gələcək virtual valyutaların olacaq”.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp