Barselonada yarışlar üçün yeni asfalt örtüyü çəkilir
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Bir müddət əvvəl Barselona avtodormunda qış testləri üçün yeni asfalt örtüyünün çəkilməsi nəzərdə tutulmuşdu.
Milli.Az xəbər verir ki, işlərin 1 həftə əvvəl başlamasına baxmayaraq, təşkilatçılar bu gün artıq ilk təbəqənin qoyulduğunu bildiriblər.
Önümüzdəki həftə bu dairədə ikinci təbəqə asfaltın çəkilməsi planlaşdırılır. Son işlər isə fevral ayının ikinci həftəsində baş tutacaq.
Qeyd edək ki, Formula 1-in qış testləri 26 fevralda Barselonada başlayacaq.
Adil Nəcəfov
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində