Bakının bu küçəsinin yol hərəkətində ciddi nöqsanlar aşkar edildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakı Nəqliyyat Agentliyinin (BNA) mütəxəssisləri Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yol hərəkətinin təşkili ilə bağlı təhlillər aparıblar.

Milli.Az xəbər verir ki, qeyd edilən küçədə yol infrastrukturunun daha da təkmilləşdirilməsi və zəruri şəraitin yaradılması üçün bir sıra nəqliyyat tədbirlərinin görülməsinin vacib olduğu müəyyən edilib.

BNA-nın mütəxəssislərinin müəyyən edilən nöqsanlar:

– küçə boyunca yolun sağ və sol tərəfində iaşə obyektlərinin mövcud olması səbəbindən yol kənarında nəqliyyat vasitələri qanunsuz park edilir;

– 9 marşrut xəttinin keçməsinə baxmayaraq, küçə boyunca dayanacaq məntəqələri və yol nişanlama xətləri standartlara uyğun təşkil edilməyib;

– yolun asfalt-beton örtüyü yarasız vəziyyətdə olduğundan həmin ərazidə mütəmadi olaraq tıxac və insan təlafatı ilə nəticələnən yol nəqliyyat hadisələri baş verir.

Qeyd edilən çatışmazlıqların aradan qaldırılması üçün Sakit Qocayev küçəsində yol hərəkətinin səmərəli təşkili və təhlükəsizliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi məqsədilə sözügedən küçədə yol nişanlanma xətlərinin çəkilməsi, çatışmayan yol nişanlarının quraşdırılması, Şamil Kamilov küçəsi ilə kəsişmədə yeni svetofor obyektlərinin quraşdırılması (buna uyğun olaraq svetofor fazalarının müəyyən edilməsi), piyada keçidləri, pandusların  və avtobus dayanacaq məntəqələrinin standartlara uyğun quraşdırılması barədə təkliflər hazırlanıb.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp