Bəylə gəlin Facebook-da təhqir olundu – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Toy fotoqrafının dəvət olunduğu mərasimdə çəkilmiş fotoşəkillərdən ikisinin Facebook-da paylaşılması Ketini pərişan etdi. ABŞ-ın Ohayo ştatının şimal-şərqindəki Medina şəhərində yaşayan Keti Lipoldun dediyinə görə, fotolarını Facebook-da aşağılayıcı, təhqiramiz şərhlə görəndə gözləri yaşarıb, sonra da hönkürərək ağlamağa başlayıb.

Milli.Az News 5 Cleavlend-a istinadən bildirir ki, nişanlısı Con Kistlerlə toyuna şəhərdəki “Tower Photography” fotoagentliyindən fotoqraf Linda Silvestrini dəvət etmişdilər.

“Toyumuz may ayında oldu. Facebook vasitəsilə 20 agentliklə əlaqə saxladım, onların arasından Lindanın işlədiyi agentliyi seçdim. Əslində, təbiət qoynunda fotolar çəkdirmək istəmirdik, lakin agentliyin təklif etdiyi paketdə bu bənd də olduğundan, razılaşdıq. Fotoçəkiliş zamanı Linda ilə normal ünsiyyətdə olduq, dedik, güldük, zarafatlaşdıq, söhbətləşdik. Amma sonra çox pis oldu”, – Keti Lipold deyir.

Fotoqraf Linda Silvestri həmin sessiyadan 2 fotonu Facebook-dakı profilində, sonra da Ohayo ştatının Toy Fotoqrafları Qrupunda paylaşıb və yazıb: “Fotodakı bəylə gəlin o qədər tosqun, gombul idilər ki, onların qucaqlaşdjığı halda fotolarını çəkmək qeyri-mümkün idi. Belə fotoları sosial şəbəkələrdə və ya Pinterestdəki profilində də paylaşmaq istəməzdim”.

Bu paylaşıma rəy yazanlar kök bəylə gəlini ələ salıblar, lağlağı ediblər.

Keti Lipoldun dediyinə görə, fotoqraf onların bir neçə şəklini Fotoşop vasitəsilə dəyişib və bu minvalla “arıqladıb”.

“Halbuki, belə iyrənc manipulyasiyanı istəmirdik. Mən 600 dollar pulu təhqir olunmaq üçün vermişdim? Ödənişin 150 dolları qalıb, onu da verməyəcəyəm”, – Keti deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bəylə gəlin Facebook-da təhqir olundu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp