Bəstəkar Vasif Məhərrəmlini məhkəməyə verir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bəstəkar Çingiz Əliyev əməkdar artist Vasif Məhərrəmlini məhkəməyə verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bəstəkar müğənnini oğurluqda ittiham edib.

Ç.Əhmədov “Bizimləsən” verilişində bildirib ki, Məhərrəmli mahnıda icazəsiz dəyişiklik edərək öz adına çıxıb:

“Çimnaz xanım” mahnısını yazmışam. Dəyişdirib, edib “Ay xanım” və özününkü kimi təqdim edir. Onun bu dəyişikliyə ixtiyarı yoxdur. Bunun üçün məndən icazə almalıydı. Dekabrın 28-də Vasifə zəng etdim, dedim. Amma qayıtdı ki, mahnına ikinci həyat vermişəm, mənə minnətdar ol.

Axı mahnıda Çimnaz adı yoxdur. Vasif məni saysaydı, zəng etsəydi, heç nə deməzdim. Hətta mahnını duet etdirəcəkdim. Vasif üç adama ziyan vurub. Bu ziyanı ödəməlidir”.

“Ona zəng etdim ki, sizin mahnınızı oxuyacam. Qayıtdı ki, Çingiz Balaxanının mahnısıdır. Sonra yenidən zəng vurdu ki, sizi məhkəməyə verəcəm. Cavab verdim ki, get ver. Sonra müəllif hüquqlarından zəng etdilər ki, səndən şikayət var. Kişi fəxr etsin ki, mahnısını oxudum. Yaddan çıxmış mahnıdır”, – Məhərrəmli söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp