Azərbaycanda üçüncü növbədə oxuyanların sayı açıqlandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanda ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 14,8 faiz olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2017/2018-ci tədris ilinin əvvəlinə ölkənin 4410 dövlət və 28 qeyri-dövlət ümumi təhsil müəssisələrində (hazırlıq siniflərində oxuyanlar da daxil olmaqla) 1,5 milyon şagird təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib.

İlkin məlumatlara əsasən, 2018-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1663 dövlət və 87 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 118,7 min uşaq və ya 1-5 yaşlı uşaqların 14,2 faizi tərbiyə alır.

Hazırda 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972-si ali, orta ixtisas və orta təhsilə malikdir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp