Azərbaycanda sürücü onun maşınını vuran digər avtomobilin sürücüsünü qətlə yetirib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Xızı rayonunda qətl ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki,hadisə bu gecə Xızı-Sumqayıt yolunda qeydə alınıb.

1980-ci il təvəllüdlü Cəfərov Vamiq Süleyman oğlu idarə etdiyi avtomobil ilə digər maşının arxa hissəsinə çırpılıb. Vurulan maşının sürücüsü (hələlik ad-soyadı açıqlanmır) qəzaya görə, V.Cəfərovla əlbəyaxa olub. Dava zamanı o, V.Cəfərovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. Nəticədə vurulan şəxs hadisə yerində ölüb.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp