“Azərbaycanda çalışdığım dövrdə yığmadakı işin klubdakından xeyli fərqləndiyini gördüm”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanda 3 il baş məşqçi oldum və gördüm ki, yığmadakı iş klubdakından xeyli fərqlənir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Bosniya və Herseqovina milli komandasının yeni baş məşqçisi Robert Prosineçki RTRS telekanalına müsahibəsində Azərbaycan yığmasındakı fəaliyyəti barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, milli komanda üçün ölkə xaricindən istedadlı oyunçu seçimi aparıldığından, klubdakı kimi hazırlıq və analizə vaxt az qalır:

“Klubla yığma futbolun tamamilə fərqli konsepsiyalarıdır. Klubda iş gündəlik fəaliyyət və iştirak tələb edir. Yığmada iş isə tam fərqlidir. Yarışların təqvimi üzündən, milli komandaya itirilmiş şanslar daha baha başa gəlir”.

Qeyd edək ki, Robert Prosineçki baş məşqçi kimi ilk dəfə Azərbaycan millisində çalışıb. O, 2014-cü ilin dekabrında AFFA ilə bağladığı müqaviləyə əsasən, bu postda 3 ilədək çalışıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp