Axtarışda olan 23 nəfər saxlanılıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 16-da sutka ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 24-nün üstü “isti izlər”lə açılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp