“Atam kimi heç kimi enerjili görmədim”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ prezidenti Donald Trampın oğlu Erik atasının son tibbi müayinələri barədə danışıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, E.Tramp müayinənin nəticələrindən danışarkən atası kimi başqa heç kimi bu qədər enerjili görmədiyini vurğulayıb.

O deyib: “Birincisi, heç vaxt atamın soyuqladığını görməmişəm. İkincisi, onda olan enerji hər hansı bir gəncdə heç yoxdur. İşdə kimi desən, geridə qoyar”.

Amerikalı liderin səhhətinə daim nəzarət edən həkimi Roni Cekson da eyni fikirləri ictimaiyyətə açıqlayıb: “Donald Tramp tamamilə sağlamdır. Yalnız fiziki idman hərəkətlərinə başlaması və bir neçə kiloqram çəki atması yaxşı olardı”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp