Anası yeni filmə çəkilməyini istəmir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Müğənni və aktrisa Selena Qomezin anası Mendi Tifi qızının yeni filmdə çəkilməyinə qarşı çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Selena hazırda rejissoru Budi Allen olan “Nyu-Yorkda yağışlı bir gün” (“A Rainy Day in New York”) adlı filmə çəkilir.

Sənətçinin fanatları və anası isə buna qarşıdır. Mendi bu haqda İnstaqram səhifəsində yazıb:

“Mən onunla uzun mddət danışdım ki, o, Allenlə işləməsin. Amma mənə qulaq asmadı. Onun komandasında istedadlı insanlar var. Amma Selena heç kimi eşitmirr, bütün deyilənləri qulaq ardına vurur. O, özü bütün qərarları verir”. 

Timoti Çalamet, El Fanninq də rol aldığı filmin bu il təqdim olunacağı bildirilir.

Qeyd edək ki, 2016-cı ildə B.Allen ögey qızına təcavüz etməkdə günahlandırılıb. Rejissorun doğma oğlu belə atasına qarşı çıxaraq, onun belə addım atdığına inandığını bildirib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp