Aİ danışıqları Avropa Parlamenti komitələrinin gündəliyinə daxil edilib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Avropa Parlamentinin Beynəlxalq ticarət komitəsində Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş müzakirə olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend Avropa Parlamentinin saytına istinadən məlumat verir.

22-23 yanvar tarixlərində keçiriləcək iclasda “Azərbaycanla Avropa İttifaqı arasında hərtərəfli saziş üzrə danışıqlarla bağlı Avropa İttifaqına, Avropa İttifaqı Şurasına və Avropa Komissiyasına tövsiyələr” üzrə hesabat müzakirə olunacaq.

Hesabat finlandiyalı parlamentari Hannu Takkul tərəfindən təqdim ediləcək.

Rumıniyalı parlamentari Norika Nikolai isə hesabatını yanvarın 23-də Xarici əlaqələr komitəsində təqdim edəcək.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp