ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi vaxt açıqlandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ Təl-Əvivdəki səfirliyini bu il ərzində Qüdsə köçürəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Hindistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

Qeyd edək ki, Ağ ev beynəlxaq ictimaiyyətin etirazından sonra səfirliyin köçürülməsinin bir neçə il sürəcəyi barədə açıqlama vermişdi. ABŞ Prezidenti Donald Tramp isə ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdıqları barədə qərarı imzalayıb. O, bu il yanvarın 16-da ABŞ-ın fələstinli qaçqınlara etdiyi humanitar yardımın 65 milyon dollar azaldılması barədə uyğun sənədi də təsdiqləyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp