950 ildən sonra ilk dəfə: yalnız prezidentin icazəsindən sonra… – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Fransanın milli sərvəti və tarix incisi sayılan Bayyo qobeleni son 950 ildə ilk dəfə olaraq ölkəni tərk edəcək. Əfsanəvi qobelen Britaniyada nümayiş olunacaq.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, qobelenin Fransadan çıxarılmasına və Britaniyaya aparılaraq nümayiş olunmasına Fransa prezidenti Emmanuel Makron şəxsən icazə verib.

Bayyo qobeleninin Britaniyada nümayiş olunacağı barədə E.Makron sabah, Britaniyanın baş naziri Tereza Meylə Sanderhöstdəki görüşündə bəyanat verəcək.

Hazırda qobelen Britaniyaya aparılmaq üçün hazırlanır.

Normandiyanın Bayyo şəhərindəki muzeyin direktoru Antuan Verinin dediyinə görə, son ekspert təqdiqatları aparılır.

Bayyo qobeleni (Tapisserie de Bayeux)  orta əsrlərdə toxunmuş, eni 53 sm, uzunu 68,38 metr olan kətan parçadır.

11-ci əsrin sonlarında hazırlanmış bu qobelendə İngiltərənin normanlar tərəfindən fəth olunmasına hazırlıq və Qastinqs yaxınlığında döyüş əks olunub.

Hazırda Normandiyadakı Bayyo şəhərindəki xüsusi muzeydə saxlanan qobelen Fransa Respublikasının milli sərvəti sayılır. 2007-ci ildə UNESCO qobeleni “Dünyanın yaddaşı” reyestrinə daxil edib.

Qobelenin 6,4 metr uzunluğundakı hissəsi yoxa çıxıb. Mütəxəssislərin fikrincə, həmin hissədə kral Fateh Vilhelmin tacqoyma mərasimi əks olunubmuş.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

950 ildən sonra ilk dəfə: yalnız prezidentin icazəsindən sonra...

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp