Zukerberq bir gündə 2,9 milyard dollar itirdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Facebook” xəbər lentində dəyişikliklərin edilməsi ilə bağlı səsləndirilən bəyanat sosial şəbəkənin qurucusu Mark Zukerberqə 2,9 milyard dollara başa gəlib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Zukerberq “Facebook”un xəbər lentinə dəyişikliklər etmək planlarını açıqladıqdan sonra şirkətin səhmləri 3,9 faiz düşüb.

“Bloomberg Billionaires Index”in məlumatına əsasən, nəticədə Zukerberqin varidatı 77,3 milyard dollardan 74,4 milyard dollara qədər azalıb.  

Səhmlərin düşməsi tendensiyası ticarət sessiyasının sonuna qədər saxlanılsa, o zaman Mark Zukerberq “Bloomberg”in versiyasına əsasən tərtib edilmiş dünyanın ən varlı adamları siyahısındakı dördüncü yeri itirəcək və öz yerini “Zara” şirkətinin sahibi Amansio Ortegaya vermiş olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp