Ümit Özat Azərbaycan millisinin futbolçusunu təriflədi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyənin “Gənclərbirliyi” komandasının baş məşqçisi Ümit Özat Azərbaycan millisinin futbolçusu Deniz Yılmazın transferi ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis “Anadolu” Agentliyinə müsahibəsində deyib ki, 29 yaşlı hücumçu istedadlı və səviyyəli oyunçudur: “Deniz Yılmazı heyətimizə qatdıq. O, istedadlı, səviyyəli və gələ biləcəyi yerlərə hələ gəlməyən bir oyunçudur. İnanıram ki, “Gənclərbirliyi”ndə yüksəlişə nail olar”.

Qeyd edək ki, Deniz Yılmaz “Bursaspor”da maaş məsələsində rəhbərliklə problem yaşadığı üçün transferə çıxarılmışdı. Onun Türkiyədə legioner sayılmaması üçün Azərbaycan pasportundan imtina edəcəyi iddia olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp