Şəhriyar Məmmədyarov II turu qələbə ilə başa vurub
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Şəhriyar Məmmədyarov şahmat üzrə “Tata Steel Chess” superturnirinin ikinci turunu qələbə ilə başa vurub.
Milli.Az Trend-ə istinadən bildirir ki, turnir Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilir.
33 yaşlı qrossmeyster qara fiqurlarla çinli qadın şahmatçı Hou Yifanı üstələyib. 48-ci gedişdə Yifan təslim olub. Məmmədyarov aktivindəki xalı 1,5-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, sabah Şəhriyar Məmmədyarov üçüncü tur çərçivəsində ağ fiqurlarla rusiyalı Maksim Matlakovla üz-üzə gələcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin