Rumıniya və Moldova birləşir?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Rumıniyanın sabiq Prezidenti Trayan Besesku ölkə parlamentinə Moldova ilə birləşmək haqqında qanun layihəsi təqdim edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend Moldova mətbuatına istinadən məlumat verir.

“Deschide” portalı T.Beseskunun bəyanatından sitat gətirir: “Parlament sessiyasının əvvəlində Rumıniya və Moldovanın birləşməsini nəzərdə tutan, ABŞ Senatının 148 saylı qətnaməsinə əsaslanan qanun layihəsi təqdim edəcəyəm”.

Sabiq dövlət başçısının sözlərinə görə, Senatın həmin qətnaməsi 1975-ci il Helsinki Yekun Aktının Nizamnaməsinə uyğun olaraq Moldovanın Rumıniya ilə yenidən birləşməsi hüququnun olduğunu nəzərdə tutur.

T.Beseskunun fikrincə, birləşmə hər iki ölkənin parlamentlərinin qərarı ilə baş verməlidir.

Qeyd edək ki, Moldova Prezidenti İqor Dodon ötən il Moldova Milli Birlik Partiyasının fəxri sədri seçilən T.Beseskunu Moldova vətəndaşlığından məhrum etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp