Premyer Liqa klubunda yeni baş məşqçi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Stoke City”nin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 48 yaşlı Pol Lambert komandanın sükanı arxasına keçib. Onunla 2020-ci ilin yayına kimi müqavilə imzalanıb. Lambert bu postda yanvarın əvvəlində istefaya göndərilən Mark Hyuzu əvəzləyib. Premyer Liqada geridə qalan 23 turdan sonra “Stok Siti” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Pol Lambertin son iş yeri “Vulverhempton” olub. O, məşqçilik karyerasında “lolçester Yunayted”, “Norviç Siti”, “Aston Villa” və “Bləkbörn Rovers”i də çalışdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp