Polis bir tona yaxın narkotik tutub



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2017-ci ildə transmilli mütəşəkkil cinayətlərdən olan narkotrafikə qarşı həyata keçirilən tədbirlərlə qanunsuz dövriyyədən 944,5 kiloqram narkotik vasitə çıxarılıb, 78 cinayətkar qrup zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bunu Daxil İşlər naziri, general-polkovnik Ramil Usubov nazirlikdə keçirilən Kollegiya iclasında bildirib. 

Onun sözlərinə görə, qanunsuz olaraq, kultivasiya edilən və yabanı halda bitən 175 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp