“Odnoklassniki” istifadəçilərinin sayı 330 milyonu keçdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2017-ci ilin dekabrında “Odnoklassniki” sosial şəbəkəsinin bütün dünya auditoriyası 13 faiz artıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, resursa daxil olma 330 milyon istifadəçini keçib. Bu barədə jurnalistlərə sosial şəbəkənin administrasiyanın nümayəndələri bildiriblər.

Mobil istifadəçilərin unikal ziyarətçi sayına gəldikdə, bu rəqəm 33 milyona çatıb. Bu göstərici 17 faiz artıb. Rusiya ərazisində “Odnoklassniki”nin mobil istifadəçilərinin sayı 11 faiz artıb.

Resursun auditoriyasının inkişaf dinamikasının əsas trendi cəlbediciliyin artmasıdır. “Odnoklassniki” istifadəçiləri kontentlə və sosial şəbəkənin brendləri ilə daha tez-tez əlaqəli olublar. Təbii ki, müəlliflərin və dərclərin sayı kəskin şəkildə artıb.

Bu il resurs özünün şəxsi şou və seriallarının nümayişinə başlamağı planlaşdırır. Həmçinin biznesin müxtəlif növlərini inkişaf etdirmək üçün yeni xidmət və alətləri təklif etməyi düşünür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp