Müəllif Hüquqları Agentliyində ötən il aparılan kadr dəyişiklikləri açıqlandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2017-ci ildə Müəllif Hüquqları Agentliyində kadrlarla iş müvafiq qanunvericiliyə uyğun aparılıb, 11 nəfər vəzifədə yüksəlmə yolu ilə qanunvericiliklə müəyyən edilmiş qaydada irəli çəkilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci il üzrə hesabatında qeyd olunub.

Bildirilib ki, kadrlarla bağlı yenilənmiş məlumatların mütəmadi olaraq Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə daxil edilib.

Hesabat dövründə Agentliyin Aparatına 4 nəfər, Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə 4 nəfər işə qəbul edilib, Agentliyin Aparatından 6 nəfər, Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzindən isə 3 nəfər öz xahişi ilə işdən azad olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp