Fransız animasiya filmi “CinemaPlus”da peşəkar Azərbaycan dublyajında nümayiş olunur



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”-da 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş “Həşəratların sirli həyatı” Fransız animasiya filminin  nümayişi baş tutub.

Dublyaj redaktoru Vüqar Hüseynov,rejissoru Rövşən Məmmədli, səs rejisoru Orxan Həsənli, masterinq Azad Vəliyev, tərcüməçi Xumar Quluzadə, post prodakşn Vüqar İslamzadə, prodüseri Xətai Əli, direktoru Cəfər Axundzadə.

Filmi səsləndiriblər: İslam Mehrəliyev, Elşən Rüstəmov, Nəcibə Hüseynova, Rövşən Məmmədli, Vüsal Murtuzaliyev, Nəzakət Məmmədli, Hüsniyyə Mürvətova, Vüsalə Məmmədova, Xumar Quluzadə, Müşviq Mirzəyev, Vüsal Mustafayev, Vüqar Hüseynov, Cavad Məmmədli və Səid Məmmədli.

Ailəvi komediya cizgi filminin rejissorları Arnaud Bouron və Antoon Kringsdı.

Film haqqında qısa məlumat: Həşəratların krallığında həyat çox maraqlı və əyləncəli keçirdi…Bir gün isə krallıqda hər şey tamam dəyişdi, daha əvvəlki krallıqdan əsər-əlamət qalmadı…Bəs nə baş verdi?

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

https://www.youtube.com/watch?v=dUHngUJhBTQ

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp