Bakıda kafe və mağaza yandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ötən saatlarda Bakıda kafe və mağaza yanıb.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunda ümumi sahəsi 120 kv.m olan kafedə başlayan yanğın nəticəsində bir otağın yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanıb.

Yüksək temperaturdan ümumi sahəsi 30 kv.m olan digər otağın lambirdən ibarət tavanı əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Nərimanov rayonunda qeydə alınıb.

Bakı şəhəri, Nərimanov rayonunda sahəsi 2 kv.m olan mağazanın reklam lövhəsi qismən yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp