Bakıda barda kütləvi dava olub, bıçaqlananlar var



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakıda barda kütləvi dava olub.

Milli.Az “Report”a istinadən bildirir ki, hadisə Nizami rayonunda baş verib.

Nizami Rayon Polis İdarəsindən “Report”a verilən məlumata görə 8-ci kilometr qəsəbəsində yerləşən barda baş vermiş kütləvi dava zamanı 5 nəfər xəsarət alıb.

Belə ki, kütləvi dava zamanı 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğlu (sol qolunun kəsilmiş yarası), 30 yaşlı Əsədova Esmira Telman qızı (təpə nahiyəsinin kəsilmiş yarası) və Mirzəyeva Türkan (hər iki qolunun kəsilmiş yarası) aldığı xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, bıçaq xəsarəti almış daha 2 nəfər Nizami rayonu ərazisində yerləşən poliklinikalardan birinə aparılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisənin baş verdiyi gecə klubuna cəlb edilib. İki nəfər şübhəli şəxs kimi saxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp