Azərbaycan Prezidenti və Bolqarıstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

19:15

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 15-də Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovla birgə şam ediblər.

——–

18:37

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 15-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstanın Baş naziri Boyko Borisov mətbuata bəyanatlarla çıxış ediblər.

——–

17:45

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstanın Baş naziri Boyko Borisovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

————

17:10

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovu qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirildi. Bolqarıstanın Baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olundu, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp