ALEKSEEV ilk dəfə Bakıda solo konsertlə çıxış edəcək



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ukraynanın populyar müğənnisi ALEKSEEV ilk dəfə Bakıda, “Elektra Events Hall”da solo konsertlə çıxış edəcək.

Milli.Az-ın məlumatına görə, konsert fevralın 24-də saat 20:00-da başlayacaq. 

Əsl adı Nikita Vladimiroviç Alekseyev olan Alekseev Ukraynanın “Ölkənin səsi”  layihəsinin yarımfinalçısıdır. Onun “Pyanoye sontse” (“Пьяное солнце”) mahnısı 2015-ci ilin sonunda Rusiyanın “iTunes” çartına başçılıq edib və 6 həftə ərzində zirvədə qalıb, habelə həftələrin birinin yekunu üzrə “Shazam” dünya çatının top-100-lüyünə daxil olub. Mahnının bəstəkarı Ruslan Kvinta, müəllifi isə Vitali Kurovskidir. 

Mahnı Rusiyanın RU.TV telekanalının “İlin ən yaxşı kompozisiyası” mükafatına layiq görülüb. Alekseev, həmçinin  Ukraynanın nüfuzlu “YUNA” mükafatının versiyasına əsasən “İlin kəşfi” sayılıb. 

Müğənninin növbəti sinqlları “Snov oskolki”, “Okeanami stali” və “Çuvstvuyu duşoy” da uğur qazanıb. Həmin mahnılar üçün klipləri ukraynalı rejissor Alan Badoyev çəkib. O, 2016-cı ildə Rusiyanın MUZ-TV və Ukraynanın “M1 Music Awards” mükafatlarının “İlin sıçrayışı” nominasiyasında qalib gəlib. Alekseev 2017-ci ildə  “İlin sıçrayışı”, “İlin artisti”, “İlin yüksəlişi”, “Radioda daha çox səslənən trek” və “Radioda ən populyar ifaçı” nominasiyalarında “ZD Awards” və “Top Hit Music Awards” mükafatlarına layiq görülüb: Müğənni “Eurovision-2018” mahnı müsabiqəsinin milli seçim turunda Belarusu təmsil edərək çıxış edib. O, seçim turunda “Navsqeda” mahnısının “Forever” adlı ingilis versiyasını ifa edərək finala adlayıb. Final mərhələsi 2018-ci il fevralın 16-da keçiriləcək. 

Biletləri şəhərin bütün kassalarında və www.iticket.az saytında onlayn əldə etmək mümkündür. Biletlərin pulsuz çatdırılması üçün telefon nömrəsi: (077) 600 00 60.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

ALEKSEEV впервые выступит в Баку с соло-концертом

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp