Xalçaya dırnaq boyası töküldüsə, belə təmizləyin



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yəqin bir çox qadınların başına gəlib – dırnaqlarına boya vurarkən boya şüşəsi devrilir və xalçanın üzərinə tökülür. Yaranan ləkəni aparmaq isə demək olar ki, tam bir əziyyətə çevrilir. Hətta bir çox hallarda onu təmizləmək mümkün olmur. Milli.Az-ın ailem.az-a istinadən verəcəyi bu üsulla xalçaya tökülən dırnaq boyasından asanlıqla qurtulacaqsınız. 

Əgər xalçanıza dırnaq boyası töküldüsə və siz bunu dərhal gördünüzsə, üzərinə aseton tökün. Bir dəqiqə gözlədikdən sonra kağız dəsmalla ovaraq ləkəni təmizləyin.

 

Bəs boya quruyubsa, nə etmək lazımdır?

 

Xalçanın üzərindəki qurumuş dırnaq boyasını təmizləmək üçün ləkəyə bir az saç spreyi sıxın və ardından sabunlu ilıq su ilə silərək təmizləyin.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir