Connect with us

İdman

Məşhur müğənni 23 yaşlı sevgilisindən ayrılma xəbərlərinə son qoydu

Published

on

Spread the love



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Pərəstişkarları 36 yaşlı Britni Spirsi nişanlanması münasibətilə onu təbrik edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Havay adasında dincələn sənətçinin sosial şəbəkədə paylaşdığı görüntülər yeni söz-söhbətə səbəb olub. 

İfaçının övladları ilə tək dincəlməsi onun ayrılması haqda şayiələr yayıb. İngilis mediası hər yerə birlikdə gedən cütlüyün ayrı olmasına təəccüblənib. 

Amma bu şayiələr uzun çəkməyib. Spirs 23 yaşlı sevgilisi Sem Asqari ilə çimərlikdə görüntülənib. Sem müğənnini ailəsi ilə də tanış edib. Onların artıq toy hazırlıqlarına başladığı yazılıb.

Milli.Az

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İdman

Azərbaycanlı futbolçu “Spartak”da – Uzunmüddətli MÜQAVİLƏ

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Moskva “Spartak”ı azərbaycanlı futbolçu Ayaz Quliyevin
keçidini rəsmiləşdirib.

Publika.az klubun rəsmi “Twitter” səhifəsinə
istinadən xəbər verir ki, Moskva təmsilçisi 23 yaşlı yarımmüdafiəçi
ilə uzunmüddətli müqavilə imzalayıb. Sözləşmənin detalları isə
açıqlanmayıb.

Daha öncə A.Quliyevin Moskva təmsilçisində illik 1.2 milyon
məvacib alacağı və bu keçid üçün “Spartak”ın “Rostov”a 1 milyon
avro təzminat ödəyəcəyi yazılıb.

Qeyd edək ki, A.Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu
“Spartak”dan “Rostov”a keçib. O həmçinin 21 yaşadək futbolçulardan
ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun
Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir.

Continue Reading

İdman

Messi 5-Cİ DƏFƏ…

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Barselona”nın və Argentina millisinin ulduz futbolçusu
Lionel Messi karyerası ərzində beşinci dəfə “Qızıl Buts”un sahibi
olub.

Publika.az xəbər verir ki, bu barədə klubun
“Tvitter” səhifəsində yazılıb. Argentinalı hücumçu 2017-2018-ci il
mövsümündə ölkə çempionatlarında ən çox qol vuran futbolçuya
verilən mükafata 36 oyunda 34 dəfə fərqləndiyi üçün layiq
görülüb.

Bu nominasiyada ikinci yeri İngiltərənin “Liverpul” klubunun
misirli hücumçusu Məhəmməd Salah tutub. Misirli futbolçu cari
mövsümdə rəqib qapılarına 32 dəfə yol tapıb. Üçüncü yerdə isə
“Tottenhem”im hücumçusu Harri Keyn qərarlaşıb – 30 qol.

Xatırladaq ki, Lionel Messi 2009-2010-cu (34 qol), 2011-2012-ci
(50 qol), 2012-2013-cü (46 qol) və 2016-2017-ci (37 qol) illərdə də
“Qızıl Buts” mükafatına layiq görülüb.

Continue Reading

İdman

“Qarabağ” qrup liderinə qarşı: start heyətləri açıqlandı

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun
vurulacaq.

Publika.az xəbər verir ki, Azərbaycan çempionu
“Qarabağ” avrokubok mövsümündə son oyununu keçirəcək.

E qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri VI
turda İngiltərə “Arsenal”ı ilə üz-üzə gələcək. Qrup birinciliyini
təmin edən London klubu üçün ev oyunu formal xarakter
daşıyacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da
başlayacaq.

Avropa Liqası
Qrup mərhələsi, VI tur
13 dekabr, E qrupu

00:00. “Arsenal” (İngiltərə) – “Qarabağ”
(Azərbaycan)

“Arsenal”: 26. Emiliano Martinez, 4. Mohamed
Elneni, 5. Sokratis Papastopulos, 6. Loran Kosielni, 9. Aleksandr
Lakazet, 10. Mesut Özil, 15. Eynsli Maytland-Nils, 25. Karl
Cenkinson, 49. Eddi Nketia, 59. Co Villok, 87. Bukaya Saka

Ehtiyat oyunçular: 44. Deyan İliyev, 7. Henrix
Mxitaryan, 18. Naço Monreal, 29. Matteo Genduzi, 43. Şarli Jilmor,
47. Zekarya Medle, 72. Tires Con-Cules

Baş məşqçi: Unay Emeri

“Qarabağ”: 13. Vaqner, 2. Qara Qarayev, 5.
Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov,
14. Rəşad Sadıqov, 17. Abdellah Zubir, 52. Yakub Jezniçak, 55.
Bədavi Hüseynov, 77. Donald Gerye

Ehtiyat oyunçular: 12. Şahruddin
Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 9. Araz Abdullayev, 10. Dani
Kintana, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Yens Qrabski Maae
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Heyne Sorensen
Dördüncü hakim: Yesper Dal
Əlavə köməkçi hakimlər: Yorqen Dauqbyerq Burhardt, Morten Kroq
(hamısı Danimarka)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Stirbyorn Oskarsson (Finlandiya)
London. “Arsenal” stadionu

1 Arsenal 5 4 1 0 11-2 13
2 Sportinq 5 3 1 1 10-3 10
3 Vorskla 5 1 0 4 4-10 3
4 Qarabağ 5 1 0 4 2-12 3
Continue Reading

ən çox oxunanlar