Evin damından yıxılaraq xəsarət aldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Lənkəran sakini evin damından yıxılaraq xəsarət alıb.

Milli.Az bildirir ki, Lənkəran rayonunun Osaküçə kənd sakini Valeh Fərman oğlu Cəfərov evin damında iş görərkən ehtiyatsızlıqdan oradan yıxılıb.

O, yaxınlarının yardımı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bədəninin müxtəlif yerlərində sınıq diaqnozu qoyulan V. Cəfərova ilkin tibbi yardım göstərilib. O, xəstəxanın travmatologiya şöbəsinə yerləşdirilib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Evin damından yıxılaraq xəsarət aldı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir