Bakıda yol təmir edilir – Asfalt qatı qaşınıb, kanalizasiya sistemləri yenilənir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Asfalt qatı qaşınıb, kanalizasiya sistemləri yenilənir.

Milli.Az bildirir ki, bir həftədir təmirə bağlanan yolda işlər sürətlə aparılır. Söhbət paytaxtın Binəqədi rayonunda Azadlıq prospekti ilə 6-cı mikrarayonu birləşdirən Məsud Davudoğlu küçəsindən gedir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən uzunluğu 2 kilometrə yaxın olan yol əsaslı şəkildə təmir edilir. Təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınır, yeni yağış barmaqlıqları və kommunikasiya xətləri üçün isə 36 ədəd yeni baxış qapaqları qoyulur.

Hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. 7-8 metr eni olan küçə təmir zamanı 12 metrə qədər genişləndiriləcək.

İnsanların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri də qurulur. Yol boyu piyada səkilərinin kənarlarına yeni səki daşları düzülür. Sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə “cib”li dayanacaq hissələri də yaradılacaq. İşlərin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda yol təmir edilir - Asfalt qatı qaşınıb, kanalizasiya sistemləri yenilənir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir