Bakıda sağlamlıq mərkəzində yanğın olub
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Bakının Nərimanov rayonunda sağlamlıq mərkəzinin yerləşdiyi dördmərtəbəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 15 m2 olan qazanxanada idarəetmə lövhəsi və kommunikasiya xətləri yanıb, yüksək temperaturdan 10 m2 sahədə asma tavan əriyib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mərkəzin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Milli.Az