Bakıda avtomobil piyadanı vurub
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Bakıda piyadavurma hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramanı qəsəbəsi ərazisində yerləşən Şuşa şəhərciyində baş verib.
Məlumata görə, avtomobil yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Ələkbərov Rafiz oğlunu vurub. Piyada döş qəfəsinin əzilməsi xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanaya sürücü tərəfindən gətirilib.
Hadisə Sabunçu polisi tərəfindən araşdırılır.
Milli.Az