Bağlı qapı arxasında qalan uşaq xilas edildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bağlı qapı arxasında uşaq xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir