ABŞ Suriyada “sərhəd təhlükəsizliyi qüvvələri” yaratmağa başlayıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada nəzarət etdiyi ərazilərdə “sərhəd təhlükəsizliyi qüvvələri”  yaratmağa başlayıb.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Defense Post” nəşrinə koalisiyanın rəsmi nümayəndəsi Tomas Vill bildirib. 

Alyansın “Suriya Demokratik Qüvvələr” (SDQ) adlanan silahlı qruplaşma ilə birgə çalışdığı bildirilir. 

“Hazırda, ilkin mərhələdə,  təlimlərə təxminən 230 nəfər cəlb edilib, yekun məqsəd – 30 minlik qüvvə yaratmaqdır”, – deyə Tomas Vill vurğulayıb. 

Onun sözlərinə görə, yeni qüvvələr Suriyanın SDQ-nin nəzarətində olan ərazinin qərb sərhədi boyu, habelə İraq və Türkiyə sərhədləri bou yerləşdiriləcək.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp