Connect with us

Maraqlı

Dövlət bayraqlarında nə üçün bənövşəyi rəng yoxdur?

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünyada mövcud olan 195 ölkənin heç birinin dövlət
bayrağında bənövşəyi rəng yoxdur. Bunun səbəbi isə vaxtilə
bənövşəyi rəngli boyanın böyük zəhmət hesabına əldə edilməsi və
baha başa gəlməsi olub. Bu rəngdən hazırlanan boyalardan yalnız
kral ailələrinin geyimlərində istifadə olunub.

Publika.az xəbər verir ki, ilk dəfə bu rəngdən Suriya və Livanın
dəniz sahillərində yaşamış finikiyalılar istifadə ediblər. Təkcə bu
bölgədə olan dəniz ilbizindən alınan bənövşəyi rəngli boyalar hər
zaman öz bahalılığı ilə seçilib. Livan ərazisində yerləşən Sur
antik şəhərindəki ustalar bu boyanın bir qramını əldə etmək üçün on
minlərlə ilbizdən istifadə ediblər. Gözoxşayan və bahalı rəng isə
tarixboyu krallıq və imperiyaların rəmzinə çevrilib. Vaxtilə
“Finikiya rəngi” kimi tanınan bənövşəyi rəngdən alınan boya
parçanın üzərində uzun müddət parlaqlığını qoruması və günəş
işığında cazibədarlığı ilə zəngin insanlar arasında populyar olub.
Bu rəng Roma, Bizans və Fars imperatorluqları ilə yanaşı, İngiltərə
kral ailəsinin də rəmzinə çevrilib. Kraliça I Elizabet isə özü və
ailə üzvləri istisna olmaqla heç kimə bənövşəyi rəngdə paltar
geyinməyə icazə verməyib. Onun hakimiyyəti dövründə (1533-1603) bu
rəngdə boyanın yarım kiloqramı 1,5 kiloqram qızıla bərabər
olub.

Çox bahalı olan bənövşəyi rəngli boyadan hər kəsin istifadə
etməsi isə XIX əsrdə ingilis kimyaçısı Uilyam Henri Perkinin kəşfi
sayəsində mümkün olub. Alimin Londonda laboratoriyada sarılıq
xəstəliyinə qarşı dərman tapılması üzrə tədqiqatı zamanı səhvən
sintetik bənövşəyi piqment üzə çıxıb. Bənövşəyi rəngli boyanın
bahalı olduğunu bilən Perkin qısa müddətdə fabrik yaradıb və
kütləvi istehsala başlayıb. Bu kəşfdən sonra bənövşəyi rəng də ucuz
və adi boyalardan birinə çevrilib.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Maraqlı

Almaniyada sincab polis tərəfindən saxlanıldı

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Almaniyanın Karlsruh şəhərində bir nəfərin arxasınca
düşən sincab polis tərəfindən saxlanılıb.

Publika.az xəbər verir ki, parkdan keçərkən
arxasınca düşən sincabdan qorxan şəhər sakini polisə müraciət
edib.

Polis isə sincabı yorulana qədər təqib edib.

Karlsruh polis bölməsinin sözçüsü Kristina Krenz analarını
itirən sincabların anaları kimi gördüyü insanlara bağlandıqları və
onlardan qayğı görmək istədiklərini bildirib.

Polis saxlanılan sincabı adyala büküb və ona yemək verib. Daha
sonra heyvan düşərgəsinə aparıb.

Qeyd edək ki, iyul ayında Nyu-York şəhərində yerləşən Prospekt
parkında bir sincab 5 nəfərə hücum etmişdi.

Continue Reading

Maraqlı

Dünyanın ƏN QƏRİBƏ evi

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kolumbiyanın Bayoca bölgəsində yerləşən Case Terrocata
tamamilə gildən tikilmiş ikimərtəbəli ev memarlıq və sənət
baxımından diqqət çəkir.

Publika.az xəbər verir ki, dünyanın ən böyük
dulusçuluq nümunəsi olan Casa Terracota nadir sənət əsəridir.
Sadəcə memarlıq və dizayn baxımdan deyil, bu bütün sənət və əl
sənətlərini birləşdirir.

Eyni zamanda bu ev Mendoza fəlsəfəsinə əsaslanaraq hazırlanıb.
Fəlsəfəyə görə, bir yerdə yaşamaq sadəcə daxili məkanları işğal
etmək mənasına gəlməməlidir, insanlar və yaşadıqları yer arasında
bir uyum olmalıdır.

Kolumbiyalı memar Oktavio Mendoza bu evi gil kimi bəsit bir
maddənin neçə bir əsər halına gələ biləcəyini göstərmək üçün
hazırlayıb. Torpaqdan istifadə etmək ideyası yeni olmaya bilər,
ancaq onun yanaşması yenilik hesab edilir.

Mendoza ikimərtəbəli bu evi hazırlayarkən gildən başqa heç nədən
istifadə etməyib. Günəş şüaları altında bişib sərtləşəndən sonra o,
keramika halına keçib.

Mendoza bu evi “dünyanın ən böyük palçıq parçası”
adlandırır.

Gülxar

Continue Reading

Maraqlı

Bunları suya qatıb içsəniz… – İNANILMAZ NƏTİCƏ

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Hər səhər suya bir neçə limon damcısı sıxıb içmək çox
faydalıdır. Dietoloqlar bildirir ki, limonu müxtəlif bitkilərlə
əvəz etmək olar.

Publika.az bu yazıda oxucuları suyu daha dadlı
edən üsullarla tanış edib. Burada çətin heç nə yoxdur, suya sadəcə
bir inqrediyent əlavə edəcəksiniz.

Ödəmə qarşı duz

Adət etdiyimiz duz orqanizm üçün zərərli sayılır. Lakin adi
duzlardan fərqli olaraq, Himalay duzu orqanizmdə su saxlamır,
əksinə onu bədəndən çıxartmağa kömək edir və ödəmin yaranmasına
səbəb olmur. Belə su susuzluğu daha tez öldürür, nəinki adi limonlu
su. Bundan əlavə, onun tərkibində faydalı minerallar və
antibakterial xüsusiyyətlər boğaz ağrılarını aradan qaldırmağa
kömək edir. Bir litr suya çay qaşığının dörddə biri qədər duz əlavə
edin.

Darçın

Pəhriz saxlayanların sevimli ədviyyatı şirniyyat istəyinin
qarşısını alır. Onu suya əlavə etdikdə ən yaxşı xüsusiyyətləri su
ilə qarışır. Metabolizmi yaxşılaşdırır və qanda qlükozanın
səviyyəsini azaldır, nəticə etibarilə şirniyyat istəyini yox edir.
Axşam yatmazdan əvvəl bir litr suya 4-5 darçın çubuğu əlavə edin.
Səhər yüngül tünd ətirli kokteyldən ləzzət alın.

Sızanaqlara qarşı xlorofil

Maye xlorofil təbii dezodorant təsiri göstərir, həzmi
yaxşılaşdırır və orqanizmi təmizləyir. Amma xlorofilli suyun başqa
faydalı xüsusiyyətləri də var. O, akne xəstəliyinin törədicisi olan
bakteriyaların sayını azaldır, yaraların tez sağalmasına səbəb olur
və kollagen istehsalını stimullaşdırır. Bir sözlə, belə yaşıl su
təmiz və sağlam dəri üçün ideal kokteyldir. Bunun üçün bir stəkan
suya bir çay qaşığı xlorofil əlavə edin.

Sarıkök

Bu məşhur antioksidant və C vitamini anbarı qırışların
yaranmasını qarşısını alır, hətta anti-yaş (yaşlılıq əleyhinə)
xassələrini suda da qoruyub saxlayır. Ancaq təbii dərman sayılan bu
ədviyyatdan sadəcə profilaktika məqsədilə istifadə olunmur: O dəri
rəngini yaxşılaşdırır və yüksək iştahanı normallaşdırır.

Hər səhər isti suya yarım çay qaşığı sarıkök əlavə edib için.
Müalicə kursunu 2-4 həftə yerinə yetirməyi məsləhət görürlər. İki
ay fasilə verdikdən sonra kursa yenidən başlaya bilərsiniz.

Aytən

Continue Reading

ən çox oxunanlar