Connect with us

Xəbərlər

“Suriyada ABŞ-ın əsas hədəfi budur” – Moskva

Published

on

Spread the love

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyada əsas hədəfi
Suriya lideri Başar Əsədin devrilməsidir.

Publika.az xəbər verir ki, bu haqda “Russia
Today” telekanalına müsahibəsində Rusiyanın Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarovanın sözlərinə görə, bu, onlarda bir sıra səbəblərdən
alınmadı və koalisiyaya Suriya hökumətinin qeyri-legitim olduğunu
sübut etmək üçün “qanuni hüquqi mexanizmi tapmalıdır”.

Ömər Dağlı

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

“Paşinyan siyasi klounluqla məşğuldur”

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həlli üçün çalışmaq əvəzinə,
Azərbaycana qarşı əsassız fikirlər səsləndirməklə məşğuldur. Nikol
Paşinyanın populist çıxışlarının əsas məqsədi diqqəti Ermənistanda
baş verən ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaqdır. Məhz
buna görə də siyasətdən uzaq Ermənistan rəhbərliyi bu cür
sensasiyalı bəyanatlarla çıxış edərək siyasi klounluqla
məşğuldur.

Publika.az xəbər verir ki, bu fikirləri
AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının beynəlxalq
münasibətlər şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc
Fətəliyeva bildirib. O qeyd edib ki, Paşinyan nəinki özündən
əvvəlkilərin səhvlərini təkrarlayır, hətta daha da kobud səhvlərə
yol verərək Azərbaycanın daxili işlərinə qarışır. Beynəlxalq
ictimaiyyət, xüsusilə Minsk qrupu ölkələrinin rəhbərləri Paşinyanı
təxribatçı əməllərdən çəkinməyə çağırmalıdır. Ermənistanın yeni
rəhbərliyi qeyri-etik davranış nümayiş etdirərək həddini aşır və
ölkəmizin daxili işlərinə qarışmağa cəhd edir. Bu gün Azərbaycanın
beynəlxalq arenada qazandığı uğurlar, gündən-günə artan nüfuzu
problemlər məngənəsində boğulan düşməni qıcıqlandırır və məntiqsiz
açıqlamalar səsləndirməyə vadar edir. Prezident İlham Əliyevin
onlara ünvanladığı tutarlı cavab işğalçı ölkənin rəhbərliyini
ayıltmalı, nəyin nə olduğunu dərk etməlidirlər. Əks təqdirdə,
vəziyyət daha da gərginləşərək ağır nəticələrə səbəb olacaq və
bunun məsuliyyəti bütünlüklə Ermənistan rəhbərliyinin üzərinə
düşəcək.

Continue Reading

Xəbərlər

Papadan ŞOK AÇIQLAMA: Cinsi münasibət…

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Cinsi əlaqədə olmaq Allah vergisidir, günah
deyil”

Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, bu sözləri Roma papası Frensis deyib.

“Cinsi əlaqənin 2 məqsədi var – sevgi və həyat qurmaq. Əsl sevgi
ehtiraslı olur. Qadınla kişi arasında ehtiraslı yaşayış isə ömürlük
həyata çevrilir. Həmişəlik. Onu həm bədən, həm də ruhunla
verirsən”

Qeyd edək ki, Roma papası bu sözləri 24 yaşlı qızın ona
ünvanlandığı suala cavab olaraq deyib.

Continue Reading

Xəbərlər

Türkiyə ordusu 56 terrorçunu zərərsizləşdirdi

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin təhlükəsizlik qüvvələrinin Şırnak, Siirt,
Diyarbəkir, Ağrı vilayətlərində və İraqın şimalında sentyabrın
14-dən 20-dək keçirdikləri antiterror əməliyyatları zamanı 56
terrorçu zərərsizləşdirilib.

Publika.az “Anadolu” agentliyinə istinadən
xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş
Qərargahı məlumat yayıb.

Bildirilir ki, zərərsizləşdirilənlər arasında PKK-nın İraqdakı
qolunun rəhbərlərindən biri də var. Türkiyə hərbçilərinin “Zeytun
budağı” əməliyyatının başlanğıcından zərərsizləşdirdiyi
terrorçuların sayı 4573 nəfərə çatıb. Əməliyyatın başlanğıcından bu
günə kimi terrorçularla döyüşlərdə Türkiyə ordusunun 54 hərbçisi
həlak olub, 241 nəfər yaralanıb.

Continue Reading

ən çox oxunanlar