Connect with us

Xəbərlər

Qardaş ölkə üçün ÜÇ SSENARİ – Okeanın o tayından qorxunc PROQNOZ

Published

on

Spread the love

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

İyunun 24-də Türkiyədə növbədənkənar prezident və
parlament seçkiləri keçiriləcək. Seçkilərə günlər qala müxtəlif
analitik, araşdırma və sosioloji mərkəzlər seçkilərin nəticələri
ilə bağlı proqnozlar və mümkün ssenarilər irəli
sürürlər.

Publika.az xəbər verir ki, proqnozlardan biri
ABŞ-ın nüfuzlu banklarından olan “JP Morgan” tərəfindən
səsləndirilib.

Bankın baş iqtisadçısı Yarkın Cebeciyə görə, keçirilən son rəy
sorğuları seçkilərin üç mümkün nəticəsinin ola biləcəyini
göstərir.

Birinci ssenari: Hazırkı prezidenti Rəcəb
Tayyib Ərdoğan prezident seçiləcək, AKP-MHP ittifaqı parlamentdə
əksəriyyəti qazanacaq.

İkinci ssenari: Ərdoğan prezident seçiləcək,
AKP-MHP ittifaqı parlamentdə əksəriyyəti əldə edə bilməyəcək.

Üçüncü ssenari: Ərdoğan prezidentliyini
itirəcək və AKP-MHP ittifaqı əksəriyyət əldə edə bilməyəcək.

Birinci ssenarinin reallaşma ehtimalını daha yüksək
qiymətləndirən Cebecinin sözlərinə görə, bu, siyasətin davamlılığı
və siyasi gərginliyin azalması anlamına gəlir. İqtisadçı hesab edir
ki, digər ssenarilən reallaşması siyasi tıxaca gətirib çıxara
bilər. Ekspertin fikrincə, bu, yeni seçkilərin keçirilməsi zərurəti
yarada bilər.

“Üçüncü ssenari yeni bir başlanğıc və struktur dəyişiklikləri
deməkdir”, – o yekunlaşdırıb.

Ömər Dağlı

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

Papadan ŞOK AÇIQLAMA: Cinsi münasibət…

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Cinsi əlaqədə olmaq Allah vergisidir, günah
deyil”

Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, bu sözləri Roma papası Frensis deyib.

“Cinsi əlaqənin 2 məqsədi var – sevgi və həyat qurmaq. Əsl sevgi
ehtiraslı olur. Qadınla kişi arasında ehtiraslı yaşayış isə ömürlük
həyata çevrilir. Həmişəlik. Onu həm bədən, həm də ruhunla
verirsən”

Qeyd edək ki, Roma papası bu sözləri 24 yaşlı qızın ona
ünvanlandığı suala cavab olaraq deyib.

Continue Reading

Xəbərlər

Türkiyə ordusu 56 terrorçunu zərərsizləşdirdi

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin təhlükəsizlik qüvvələrinin Şırnak, Siirt,
Diyarbəkir, Ağrı vilayətlərində və İraqın şimalında sentyabrın
14-dən 20-dək keçirdikləri antiterror əməliyyatları zamanı 56
terrorçu zərərsizləşdirilib.

Publika.az “Anadolu” agentliyinə istinadən
xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş
Qərargahı məlumat yayıb.

Bildirilir ki, zərərsizləşdirilənlər arasında PKK-nın İraqdakı
qolunun rəhbərlərindən biri də var. Türkiyə hərbçilərinin “Zeytun
budağı” əməliyyatının başlanğıcından zərərsizləşdirdiyi
terrorçuların sayı 4573 nəfərə çatıb. Əməliyyatın başlanğıcından bu
günə kimi terrorçularla döyüşlərdə Türkiyə ordusunun 54 hərbçisi
həlak olub, 241 nəfər yaralanıb.

Continue Reading

Xəbərlər

Rihanna səfir oldu

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünya şöhrətli müğənni Rihanna Barbadosun fövqəladə və
səlahiyyətli səfiri təyin edilib.

Publika.az xəbər verir ki, sənətçi təhsil,
turizm və investisiya ilə əlaqədar məsələləri həll edəcək.

Qeyd edək ki, Rihanna 2008-ci ildə Barbadosun mədəniyyət səfiri
təyin olunub. O, məşhur “Fenty” kosmetik firmasının sahibidir.

Continue Reading

ən çox oxunanlar